6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzada təqsirləndirilənlərə hökm oxunub

6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzada təqsirləndirilənlərə hökm oxunub

11 Dekabr 2013 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və Fərid Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən dərhal sonra cinayət işi başlanıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.