
Nəqliyyatımız gələn il üçün tam hazır olacaq
Nəqliyyat Nazirliyinin mətbuat xidməti katibliyinin rəhbəri Namiq
Həsənovun mətbuata bildirdiyinə görə, gələn il Bakıda keçiriləcək
"Eurovision-2012" mahnı müsabiqəsinədək paytaxtımızda yol-nəqliyyat
şəbəkəsi tam hazır vəziyyətdə olacaqdır. İndi Bakının müxtəlif
yerlərində, o cümlədən Qələbə, Azadlıq, Azneft meydanlarında, Neftçilər,
Parlament, Heydər Əliyev, Bülbül prospektlərində, Ziya Bünyadov, Zərifə
Əliyeva küçələrində müxtəlif yol nəqliyyat qovşaqları tikilir.
N.Həsənov
demişdir ki, Şəhidlər xiyabanının qarşısında müasir tipli keçid
tikilir, bununla yanaşı, bir sıra yollar da istifadəyə veriləcəkdir.
Həmçinin Mərdəkan-Bilgəh-Sumqayıt yolunda da işlər sürətlə aparılır,
artıq bu istiqamətdə işin böyük hissəsi görülmüşdür. Bu işlər isə
paytaxtın yol-nəqliyyat infrastrukturunu mükəmməlləşdirməklə yanaşı,
əhalinin rahatlığına xidmət edir.
Könül Aypara