Yuxugətirici dərman içən qız zəhərləndi

Yuxugətirici dərman içən qız zəhərləndi

11 Dekabr 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə yatmaq üçün dərman içən 20 yaşlı qız zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Anaxanım Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə daxil olan qızı xilas etmək mümkün olsa da, hazırda vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, A.Məmədova yata bilmədiyi üçün yuxugətirici dərmandan içib və zəhərlənib.