Terrorçuluqda təqsirləndirilən  həmvətənimizin məhkəməsi başlayır

Terrorçuluqda təqsirləndirilən həmvətənimizin məhkəməsi başlayır

10 Dekabr 2013 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Voloqda şəhər Məhkəməsində terrorçuluqda təqsirləndirilən 22 yaşlı Azərbaycan vətəndaşı Fərid Fətullayevin işi üzrə məhkəmə prosesi keçiriləcək.

Apa-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, F.Fətullayev 2009-2013-cü illərdə dini zəmində nifrət oyadan, terrorçuluq və ekstremist fəaliyyətinə çağıran materiallar yerləşdirib.

Bundan başqa, F.Fətullayev öz tanışlarını Şimali Qafqaz ərazisində fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrə cəlb etməyə cəhd edib. Onun barəsində terrorçuluq və ekstremist fəaliyyətinə, dini düşmənçiliyin qızışdırılmasına çağırış və terrorçu fəaliyyətə bəraət qazandırma ittihamları əsasında Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.