Penitensiar xidmətin rəis müavini beynəlxalq forumda iştirak edib

Penitensiar xidmətin rəis müavini beynəlxalq forumda iştirak edib

10 Dekabr 2013 16:29
Bəyəndim (0) Bəyənmədim (0)
RF-nın Ryazan şəhərində penitensiar xidmət tarixində ilk dəfə “Cinayət, cəza, islah” mövzusunda beynəlxalq Forum keçirilib

Penitensiar xidmətin rəis müavini beynəlxalq forumda iştirak edib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Apa -ya verilən məlumata görə, forumda Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini Hüseyn Əlixanov və Təşkilat-nəzarət idarəsinin rəisi ədliyyə polkovniki Musa Hümbətov təmsil olunublar.

Tədbirdə Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə dair təqdimatla çıxış edən Hüseyn Əlixanov son illərdə penitensiar sahədə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, xüsusi ilə cəza-icra qanunvericiliyinin humanistləşdirilməsi, həbs edilən şəxslərin və məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən barədə məlumat verib.
Forum zamanı "Cəza-icra sisteminin cinayət-prosessual aspektləri" mövzusunda keçirilən elmi-praktik konfransda müxtəlif istiqamətər üzrə - məhkəməyə qədərki dövr, penitensiar cinayətlərin tədqiqi, ekstradisiya və məhkumların vətəndaşı olduqları ölkələrə verilməsi mövzularında diskusiyalar keçirilib.

Hüseyn Əlixanov "Məhkum olunmuş şəxslərin vətəndaşı olduqları dövlətlərə təhvil verilməsində Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda çıxış edib, bu sahədə beynəlxalq konvensiyaların tələblərinə və iki tərəfli müqavilələrə daim əməl edildiyini vurğulayıb.