Məhbəsə telefon keçirilməsinin qarşısı alınıb

Məhbəsə telefon keçirilməsinin qarşısı alınıb

10 Dekabr 2013 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar xidmətin və 12 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbs edilmiş, məhkum Vüqar Veys oğlu Bayramovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman əynindəki gödəkcənin sağ cibindən daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

2 saylı İstintaq təcridxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə orada saxlanılan 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 29, 120.2.1; 120.2.2; 120.2.7; 221.3; 228.2.1; maddələri ilə təqsirli bilinərək həbs edilmiş Samir Rəşid oğlu Osmanovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman əynindəki şalvarın sağ cibindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

faktlar üzrə araşdırma aparılır.

/Apa/