Sabah gecəyə doğru bəzi yerlərdə yağıntı olacaq

Sabah gecəyə doğru bəzi yerlərdə yağıntı olacaq

10 Dekabr 2013 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
1-3 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Şimal küləyi güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə, günün birinci yarısında 6-8 dərəcə, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 11-də günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək arabir güclənəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.