Gəncədə mağazadan 6000 min manat dəyərində kompüterlər oğurlanıb

Gəncədə mağazadan 6000 min manat dəyərində kompüterlər oğurlanıb

10 Dekabr 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə mağazadan xeyli sayda kompüter oğurlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Rəşid Zeynalov polisə müraciət edərək bildirib ki, ona məxsus kompüter mağazasından oğurluq edilib. Araşdırma zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər Gəncə şəhər Şah İsmayıl Xətai Prospektində yerləşən Rəşid Zeynalova məxsus olan mağazaya girərək oradan 20 ədəd müxtəlif çeşidli 5735 manat dəyərində olan kompüter və bir neçə planşet oğurlayıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.