“İməclik" etdi: icra hakiminin bacısını işdən çıxartdı

“İməclik" etdi: icra hakiminin bacısını işdən çıxartdı

10 Dekabr 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyevanı işdən azad edib. Uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva sabiq kənd təsərrüfartı naziri, hazırda Kürdəmirin icra hakimiyyətinin başçısı olan İrşad Əliyevin bacısıdır.

S. Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb. Ancaq yeni nazirin tapşırığı ilə idarədə "təmizləmə" işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb. /AzNews/