
Argentina bir-birinə qarışıb
4 etirazçı ölüb, bir iş adamı yandırılıb
Argentinada kütləvi iğtişaşlar zamanı ən azı 5 nəfər həyatını itirib. Associated Press-in bu gün yaydığı məlumata görə, 4 nəfər etirazçı və bir nəfər mağazasında yandırılan iş adamı kütləvi itaətsizlik aksiyasının qurbanı olublar. Məlumatda yüzlərlə insanın yaralandığı, 23 əyalətdən 19-da minlərlə iş yerinin hücuma məruz qaldığı bildirilir.
Qeyd edək ki, Argentinada kütləvi etirazlara əməkhaqqının və sosial müavinətlərin azlığından narazı qalan polis işçilərinin tətilləri səbəb olub. İlkin hesablamalara görə, kütləvi itaətsizliyə səbəb olan etiraz aksiyaları ölkə büdcəsinə 100 milyon ABŞ dollarına yaxın ziyan vurub.
Mediainfo.az
Digər xəbərlər