
Tacikistanda Şaxta Baba və Qar qızı ləğv etdilər
Artıq bu gün məlum olub ki, bu il Tacikistandakı dövlət telekanallarının bayram proqramlarına Şaxta Baba və Qar qızı dəvət almayacaqlar. Bundan başqa, verilişlərdə yeni il üçün bəzədilən küknar ağacı da olmayacaq.Bununla belə yeni il proqramlarının özləri ləğv olunmayıb və "Azadlıq" Radiosunun məlumatına görə, artıq çəkilişlər başlayıb. "Safina" telekanalının yeni il verilişlərinin hazırlanmasına görə cavabdeh şəxslərindən biri bu il kanalda Şaxta Baba, Qar qızı və küknar ağacına yer olmayacağını təsdiqləyib.Görünür, bu barədə göstəriş "yuxarıdan" gəlib. Tacikistanın Televiziya və radioyayım komitəsinin rəhbər müavini Diləfruz Əmirqulova bildirib ki, bütün bunlar "bayram tədbirlərinin çox da şən olmaması" üçün edilir.
Mediainfo.az
Digər xəbərlər