Bu gün İnsan Hüquqları Günüdür

Bu gün İnsan Hüquqları Günüdür

10 Dekabr 2013 08:30
Bəyəndim (0) Bəyənmədim (0)
10 dekabr həm də Ümumdünya Futbol Günü kimi qeyd olunur

Bu gün 10 dekabrdır. Qriqori təqviminə görə, 2013-cü ilin sonuna cəmi 21 gün qalır. Bu gün təkcə havaların xoş keçməsi ilə əlamətdar deyil. Odur ki, qış günəşinin şüaları altında günümüzü əlamətdar edən hadisələrə nəzər salaq.

Bu gün İnsan Hüquqları Günüdür (Human Rights Day). Belə ki, 1950-ci ilin 04 dekabrında BMT Ali Məclisinin Plenar iclasında 10 dekabr tarixinin dünyada insan hüquqları günü kimi qeyd olunması qərara alınıb və bütün ölkələrə bu tarixi əbədiləşdirmək tövsiyə olunub.

Bu gün həm də Ümumdünya Futbol Günüdür (World Football Day). Bu tarix təqvimlərdə rəsmi bayram günü kimi qeyd olunmasa da, dünya xalqları məhz 10 dekabrı bütövlükdə futbolçulara və futbolsevərlərə həsr edir.

Bu gün bir çox nominasiyalar üzrə Nobel mükafatlarının təqdim olunma günüdür. Deməli, günümüzü Nobel günü (Nobeldagen) adlandıra bilərik.

Tailand xalqı isə 10 dekabrı həm də Konstitusiya günü kimi qeyd edir.

Bu gün qardaş türk xalqının tarixi üçün də əlamətdardır. Belə ki, hər il 10-17 dekabr tarixlərində Konyada, eləcə də bütün Türkiyədə "Şəbi Əruz" festivalı keçirilir. Əsasən dərvişlərin fırlanması ilə yadda qalan festival böyük filosof Mövlanə Cəlaləddin Ruminin xatirəsinə ithaf edilir.

Sonda qeyd etməliyik ki, günlərimizi əlamətdar edən biz özümüzük. Hər günümüzün əlamətdar olması arzusu ilə hər birinizə "sabahınız xeyir" deyirik.
Mediainfo.az