Goranboyda zərbədən avtomobilin ön şüşəsindən çıxan sürücü yolun kənarındakı işıq dirəyinə çırpılıb

Goranboyda zərbədən avtomobilin ön şüşəsindən çıxan sürücü yolun kənarındakı işıq dirəyinə çırpılıb

9 Dekabr 2013 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Goranboyda baş verən yol qəzası sürücünün ölümü ilə nəticələnib.Nəlumata görə, hadisə Aşağı Ağcakənd yolunun 14 km.də baş verib. Belə ki, rayonun Nərimanlı kənd sakini 27 yaşlı Rəhman Zeynalov minik maşını ilə hərəkət edərkən idarəetmeni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Zərbədən avtomobilin ön şüşəsindən çıxan sürücü yolun kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avromobil isə yolun kənarındakı dərəyə düşərək yanıb. Faktla bağlı Goranboy polis şöbəsində araşdırma aparılır