Avtomobil iki avtobusa çırpıldı

Avtomobil iki avtobusa çırpıldı

9 Dekabr 2013 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusları qəza törədib.

Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 20:00 radələrində Nərimanov rayonu Z.Bünyatov prospektində müəyyən edilməmiş avtomobillə 194 və 82 saylı xətt avtobusları toqquşub. 82 saylı xətt avtobusunun sərnişini, Bakı şəhər sakini Tural Abdullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.