
Pirallahı-Bakı yolunda maşınlar toqquşdu: bir nəfər öldü
Bakıda ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, dekabrın 8-i saat 18 radələrində Pirallahı-Bakı yolunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini İlham Həşimovun idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Maarif Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Nəticədə sərnişin Əsədulla Əliyev isə hadisə yerində dünyasını dəyişib. M.Əhmədov və sərnişini Kamil Atayev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər