
“Shagman”a çırpılan maşından heç kim sağ çıxmadı
Paytaxtın 20 Yanvar dairəsində dəhşətli qəza baş verib.
Apa-nın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı "Daewoo Nexia" tuneldən çıxaraq qarşısındakı "Shagman" markalı yük avtomobilinə çırpılıb.Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-nin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Digər xəbərlər