Hüquq müdafiəçiləri polis bölmələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis bölmələrində monitorinq keçiriblər

6 Dekabr 2013 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Elçin Şirinov Kürdəmir, Ucar, Zərdab, Yevlax, Mingəçevir Daşkəsən, Gəncə, Samux, Tərtər, Goranboy, Ağdam və Bərdə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

E. Behbudovun Apa -ya verdiyi məlumata görə, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri olmayıb.

Hüquq müdafiəçisi monitorinq keçirdikləri rayonlarda saxlanılan şəxslər arasında narkotik vasitələrin qanunsuz istifadəsi, oğurluq və xuliqanlıqla bağlı tutulanların üstünlük təşkil etdiyini bildirib.

E. Behbudov, Ağdam rayonunda polis-vətəndaş münasibətləri ilə bağlı dəyirmi masa keçirdiklərini deyib.