Şagirdlərə müjdə: bu il məktəblərdə Yeni il şənliyi olacaq!

Şagirdlərə müjdə: bu il məktəblərdə Yeni il şənliyi olacaq!

6 Dekabr 2013 10:20
Bəyəndim (0) Bəyənmədim (0)
Cabbarov Misir Mərdanovun qadağasını ləğv etdi

Bu il məktəblərdə yeni il şənliyi olacaq.

Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsinə icazə verib. Bu barədə AzVision.az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında yeni illə bağlı ümumməktəb tədbirləri keçirə bilər.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olmasını bildirilirdi.