Gecə cəbhədə qarışıqlıq yaşanıb

Gecə cəbhədə qarışıqlıq yaşanıb

6 Dekabr 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı bölmələri Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.