Göygöldə avtomobil dərəyə uçdu: ölən var

Göygöldə avtomobil dərəyə uçdu: ölən var

6 Dekabr 2013 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöldə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Fariz Həmzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dərin dərəyə aşıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakini, 36 yaşlı Həsən Əliyev ölüb, sürücü Fariz Həmzəyev, sərnişinlər - 52 yaşlı Fizuli Əliyev və 35 yaşlı Sədi Həmzəyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.