Yük maşını motosikletı vurub, sürücü ölüb

Yük maşını motosikletı vurub, sürücü ölüb

5 Dekabr 2013 22:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax yolunun 170-ci kilometrliyində, Kürdəmirin Karrar kəndi ərazisində "Ford" markalı yük maşını qarşı tərəfdə, eyni istiqamətdə hərəkətdə olan rayonun Muğanlı kənd sakini 1991-ci il təvəllüdlü Sadıqov Tərlan Rasim oğlunun idarə etdiyi motosiklı arxadan vurub. Zərbənin təsiri nəticəsində motosikl yoldan çıxaraq aşıb. Motosiklin sürücüsü Tərlan Sadıqov hadisə yerində dünyasını dəyişib və meyiti hissələrə parçalanıb. "Ford" markalı yük maşını isə aradan çıxıb, axtarışı aparılır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.