Elnarə Tofiqqızının ölümü ilə bağlı prokurorluğa müraciət edildi

Elnarə Tofiqqızının ölümü ilə bağlı prokurorluğa müraciət edildi

5 Dekabr 2013 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Çingiz Qənizadə ərizə ilə ona müraciət etmiş jurnalist Anar Niftəliyevin xanımı Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı Milli Məclisə daxil olmuş ərizəni baxılması üçün Baş Prokurorluğa göndərib.

Bu barədə deputatın köməkçisi məlumat verib.

Deputat Baş Prokurorluqdan ölüm işinin obyektiv araşdırılması və hüquqi qiymət verilməsini xahiş edib.