
Xəstəxanalara 412 nəfər yerləşdirilib
Onlardan 220-dən çoxu hüququ mühafizə orqanı əməkdaşlarıdır
Kiyevdə etiraz aksiyalarından sonra xəstəxanaya yerləşdirilənlərin sayı 412 nəfərə çatıb. ANS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, etirazlar zamanı 56 hüquq-mühafizə orqanının 220-dən çox əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin əsas istintaq idarəsinin rəis müavini Oleq Tatarov açıqlama verib. Onun sözlərinə görə, Kiyevdəki etiraz aksiyaları zamanı xəstəxanalara yerləşdirilənlərin sayı artaraq 412 nəfərə çatıb.
Qeyd edək ki, Ukrayna hökumətinin Avropa Birliyi ilə müqaviləni imzalamaqdan imtina etməsindən sonra, avrointeqrasiya tərəfdarları küçələrə axışaraq hökumətin istefasını tələb edirlər. Aksiyalar noyabrın 21-dən başlayıb.
Digər xəbərlər