Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib

Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib

5 Dekabr 2013 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 5-də Masallıda vətəndaşları qəbul edib. Apa-nın cənub bürosunun məlumatına görə, xidmət rəisi Masallı ilə yanaşı, Biləsuvar, Cəlilabad, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı irəli sürülən məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan digər müraciətlər isə nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı vətəndaşların nəzərinə çatdırılıb.