Dəm qazı cavan ailəni yerlə-yeksan etdi

Dəm qazı cavan ailəni yerlə-yeksan etdi

5 Dekabr 2013 11:37
Bəyəndim (0) Bəyənmədim (0)
24 yaşlı ər-arvaddan geriyə cəsədləri qaldı

Bakının Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilən əmlumata görə, Naximov küçəsi 69 ünvanında mənzildə iki meyid tapılıb. Arşadırmalar zamanı onların ər-arvad 1989-cu il təvəllüdlü Tural Firuz oğlu Verdiyev və 1989-cu il təvəllüdlü Şahnaz Sadiq qızı Məhərrəmova olduğu məlum olub.

Onların meyiti hamamda tapılıb. Qonşuların sözlərin görə, yeni ailə quran cütlük həmin mənzilə yeni köçüblər. Onlar burada kirayədə qalırmışlar. Faktla bağlı araşdırmalara başlanılıb.