24 yaşlı bu qızı görənlər polisə məlumat versinlər

24 yaşlı bu qızı görənlər polisə məlumat versinlər

4 Dekabr 2013 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə 24 yaşlı qız itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 12.09.1989-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş Tünzalə Zahid qızı Rəsulova bu il avqustun 1-də Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin boyu 1 metr 65 santimetr, orta çəkili, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli köynək, ayağında ağ rəngli ayaqqabı olub.

T.Rəsulovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 461-11-84 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu barədə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.