Şimala 23 sm-lik qar yağdı

Şimala 23 sm-lik qar yağdı

4 Dekabr 2013 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən başlayaraq respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burda yağıntının miqdarı 23 santimetrə çatıb. Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, Xızı rayonun Altıağac qəsəbəsində qarın qalınlığı 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm təşkil edir. Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.