İnəklə avtomobil toqquşdu

İnəklə avtomobil toqquşdu

3 Dekabr 2013 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba -RF dövlət sərhədi avtomobil yolunun 83-cü km-də, Siyəzən rayonu ərazisində Qusar rayonun Balaqusar kənd sakini, 1981-ci il təvəllüdlü İsgəndər Hacıyevin idarə etdiyi 38 BE 56 dövlət nömrə nişanlı, "VAZ 21-060" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq öldürüb. Hadisə nəticəsində avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir