Bakı və Sumqayıtda silah-sursat aşkar edilib

Bakı və Sumqayıtda silah-sursat aşkar edilib

3 Dekabr 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Sumqayıtda silah-sursat aşkar edilib.

Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi "Təmiz Şəhər" ASC-nin ərazisindən bir ədəd alışqansız "F-1" qumbarası, beş ədəd müxtəlif çaplı patron və digər hərbi sursat tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Səməd Vurğun küçəsində, dəniz kənarında 3 ədəd "F1", 1 ədəd "RQD-5" qumbarası, 2 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik tapança və onun darağı, 1 ədəd süngü bıçaq, 1 ədəd ov tüfənginin qundağı, 2 ədəd ov tüfənginin çaxmağı, 2 ədəd ov tüfənginin alt tutacağı, 1 ədəd tank əleyhinə mərmi və 59 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.