Azərbaycanda bir neçə obyektdə partlayış törədəcəyi barədə polisə məlumat verən həbs edilib

Azərbaycanda bir neçə obyektdə partlayış törədəcəyi barədə polisə məlumat verən həbs edilib

2 Dekabr 2013 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib.

Hadisədən dərhal sonra müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.