Qazaxda hərbi yük avtomobili qəzaya uğrayıb: sürücü xəsarət alıb

Qazaxda hərbi yük avtomobili qəzaya uğrayıb: sürücü xəsarət alıb

2 Dekabr 2013 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

Hadisə Qazax rayonunda qeydə alınıb.Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus "Zil" markalı yük avtomobili dağlıq ərazidə idarəetməni itirərək aşıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbçi Əfqan Salıfov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyətinin kafi olduğu bildirilir.Qeyd edək Ə. Salıfov Qazax rayonundan hərbi xidmətə çağırılıb.