Anası ilə mübahisə edən 20 yaşlı oğlan özünü bıçaqladı

Anası ilə mübahisə edən 20 yaşlı oğlan özünü bıçaqladı

2 Dekabr 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində 20 yaşlı gənc özünə bıçaqla xəsarət yetirib.

Apa-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Eşqin Cabbarov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təsili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti kafi qiymətləndirilir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, E. Cabbarov ailəsində anası ilə mübahisə edəndən sonra özünə bıçaqla xəsarət yetirib.