Bu gün "Bakutel 2013" sərgisi başlayır

Bu gün "Bakutel 2013" sərgisi başlayır

2 Dekabr 2013 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 19-cu beynəlxalq İKT sərgisi "Bakutel 2013" öz işinə başlayır. İKT sərgisində yerli şirkərlərlə yanaşı dünyanın 28 ölkəsindən 300 şirkətin iştirakı gözlənilir. Bakı Expo Mərkəzinin 12000 kvadrat metrini əhatə edəcək sərgi 3 zalı və foyeni əhatə edəcək. Bu il keçiriləcək "Bakutel 2013" sərgisinin meydançası 35% genişləndiriləcək.

Bu il sərgidə 15 ölkə öz milli pavilyonu ilə təmsil olunacaq. Əfqanıstan, Fransa və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər. Azərbaycanın yerli şirkətləri bu ilki sərgidə 30% artıb. Yerli şirkətlərdən mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribyutorlar da sərgidə iştirak edəcəklər.

2 dekabrda Dünya Azərbaycanlılarının Birinci Onlayn Konfransı, 2-4 dekabr tarixlərində isə Birinci Regional İnternet İdarəçilik Forumu keçiriləcək.

Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələrdə öz əksini tapacaq. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycan Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələrini misal göstərmək olar. "Azərkosmos" şirkətinin stendində milli telekomunikasiya peykiniun fəaliyyətinin gələcək illərdəki planı əks olunacaq. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış "ASAN Xidmət" mərkəzlərinin fəaliyyəti də nümayiş olunacaq