
Buğa onu buynuzladı
Bütün dünyada böyük müzakirə yaradan buğa güləşində dünən heyvan haqları müdafiəçilərini məmnun edən hadisə baş verdi. İspaniyanın paytaxtında "San Isidro" festivalı çərçivəsində təşkil edilən buğa güləşində yarım tonluq nəhəng öküz gənc buğa güləşçisi Cimenez Fortesi buynuzladı. On minlərlə tamaşaçının qarşısında 'Matador' ünvanını almaq üçün arenaya çıxan Fortes aldığı zərbələrdən ciddi şəkildə yaralanıb. Öküzün buynuzu sağ qıçına batınca huşunu itirən Fortes xəstəxanaya aparılıb. Onun səhhətinin hazırda kafi olduğu bildirilir.
Buğa qırmızını görən kimi, heyvansevərlər matador görən kimi qızışır...
Günel Həbib
O.M.
Digər xəbərlər