
Bu gün buludlu hava şəraiti hökm sürəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər zəif duman olacağı
gözlənilir.
Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb
küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz
20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 17-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal-şərq rayonlarında qısamüddətli
az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə
isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 15-19 dərəcə isti təşkil
edəcək.
Milli Hidrometeorologiya Departamenti
tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron
yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji
amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Hava buludlu olsa da, hamınıza gün boyu buludsuz anlar arzulayırıq
Günel Həbib
O.M.