
Luna parkda qadın öldü
Almaniyanın Brühl şəhərinin Luna parkında dəhşətli bir hadisə yaşandı.
Diabet xəstəsi olan 48 yaşlı Uve V.-nın "Black Mamba" adlı yelləncəkdə yüksək həyəcana dayanmayaraq öldüyü bildirildi. Kardioloq Yurgen Kustkyuk, "Bu cür xəstələr üçün qəlb atışı 200-dən çox olduqda əyləncə bitir", - dedi. Son illərdə Amerikanın əyləncə məkanlarında da bənzər olaylar yaşanmışdı. Parisdəki "Disney Land"də 14 yaşlı oğlan infarkt keçirərək ölmüşdü.
Əyləncə vaxtı da hərdən əyləci basmağı bacarmaq lazımdır...
Günel Həbib
O.M.
Digər xəbərlər