
Yenə “Boinq”, yenə qəza
Çindən Novosibirskə uçan "Boinq-757-200"- sərnişin təyyarəsi qəzaya düşmək təhlükəsi olduğundan Krasnoyarsk şəhərinə enib. Təyyarənin sol mühərriki sıradan çıxdığına görə pilotlar onu ehtiyat aerodroma endiriblər. 223 sərnişin və 8 ekipaj heyəti sağ-salamatdır. Onları Krasnoyarskdakı mehmanxanalara yerləşdiriblər.
Nəqliyyat prokurorluğu araşdırmalara başlayıb.
Son vaxtlar Boinqlər tez-tez qəzaya uğrayırlar. Qəzaların əksəriyyəti pilotların içkili halda şturval arxasında oturması nəticəsində baş verir...
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər