SON DƏQİQƏ: Bakının mərkəzində yük maşını aşdı

SON DƏQİQƏ: Bakının mərkəzində yük maşını aşdı

24 Oktyabr 2013 15:28
Bəyəndim (0) Bəyənmədim (0)
Yüksək sürət qəzaya səbəb oldu

Bakının Mətbuat prospektində "İsuzu" markalı kiçik tutumlu yük avtomobili aşıb. Şahidlərin mediainfo-ya verdikləri məlumata görə, qəzaya yüksək sürət səbəb olub. 90-JL-129 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Müdafiə Sənayesi nazirliyinin qarşısında idarəetməni itirib. Nəticədə maşın bordürə dəyərək bir neçə dəfə aşıb. Xoşbəxtlikdən sürücü yüngül xəsarətlərlə ötüşüb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları çağırılıblar.