
İran Qarabağ məsələsində Ermənistanı dəstəklədi
Ermənistanın Panarmenian.net xəbər
agentliyinin yaydığı məlumata görə, İranın bu ölkədə olan səfiri Qarabağ
konflikti barədə bəyanat yayıb. O, çıxışında problemin millətlərin öz
müqəddəratını təyinetmə prinsipi ilə həll oluna biləcəyini bildirib. İranın münaqişə
ölkələri ilə ümumi sərhədə malik yeganə dövlət olduğunu bildirən səfir
Qarabağda 3-cü ölkə qoşunlarının olmağına imkan verməyəcəklərini deyib.
Xatırladaq ki, 13 may günü İranın
Xarici İşlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybani Ermənistana səfər
etmiş, bağlı qapılar arxasında bu ölkənin prezidenti ilə təkbətək görüş
keçirmişdir. Deməli, səfirin sözlərini təsadüf saymaq olmaz.
Məsələyə millətlərin öz müqəddəratını təyinetmə
prinsipi ilə yanaşan rəsmi Tehran başqa dövlətin daxili işlərinə qarışmaqdansa
İrandakı 35 milyon türkün müqəddəratını təyin etmələrinə mane olmasa yaxşıdır...
Hafiz Əhmədov
O.M.