
Sabirabad RPİ-nin rəisi işdən çıxarılıb
Sabirabad Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb. Bu barədə Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib. Məlumata görə, iki gün əvvəl daxili işlər naziri general-polkovnik Ramil Usubov Sabirabad RPŞ-nin rəisi polis polkovniki Aqil Vəliyevin işdən azad olunması barədə əmri imzalayıb. Onun sərəncamda olduğu bildirilir. A. Vəliyevin yerinə hələlik təyinat yoxdur.
Görəsən, eks rəisə işverən olacaqmı?
Tofiq Əliyev
O.M.
Digər xəbərlər