
Dəvə müxbiri dişlədi
ABŞ-ın Virciniya ştatında heyvan hüquqları ilə əlaqədar bir fermada proqram çəkilərkən qadın müxbirin yanına yaxınlaşan bir dəvə onun saçını dişləyərək, qoparmaq istədi. "NBC 12" adlı kanal üçün fermada anons etmək istəyən qadın müxbir Tara Morqan "Heyvanlara əziyyət etməyin" anonsu etmək istəyərkən arxasına yaxınlaşan dəvə müxbirin saçını yalamağa başladı. Əvvəlcə bunu gülümsəyərək qarşılayan Morqan dəvənin saçını dişləyərək qoparmaq istəməsi ilə bir anda həyəcan keçirtdi. Ətrafdakıların köməyi ilə qadın müxbir xilas oldu.
Dəvə oynayanda qar yağar...
Günel Həbib
O.M.
Digər xəbərlər