
Olimpiya çempionu intihar elədi
2008-ci ildə Çində keçirilən Olimpiadanın marafon üzrə qalibi keniyalı Samuel Venjuru balkondan özünü atmaqla həyatına son qoyub. Hadisə 24 yaşlı idmançının doğma şəhəri Niaxururu şəhərində baş verib. Olimpiya çempionunu zövcəsi aşnası ilə yataq otağında tutub və qapını qıfıllayıb. Xahişlər, yalvarışların təsirsiz qaldığını görən Samuelin balkondan tullanmaqdan özgə çarəsi qalmayıb, - yazır Reuters.
Çempion stadionda qaça bilsə də, həyatın sürprizindən qaça bilmədi
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər