BVF-nun prezidentinə qarşı iddialar təsdiqini tapdı

BVF-nun prezidentinə qarşı iddialar təsdiqini tapdı

16 May 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Fransızsayağı sevişmə


BVF-nun iclası bu təşkilatın rəhbəri Dominik Stross Kanın 16 may günü Nyu-Yorkda tutulmağı ilə əlaqədar təxirə salınıb. Bu barədə Agence France-Presse məlumat yayıb. Təşkilatın rəsmi nümayəndəsi Uilyam Mürretin bildirdiyinə görə, əvvəlcədən nəzərdə tutulmuş tədbir Nyu-Yorkdan daxil olacaq xəbərə görə təxirə salınıb. 24 nəfərdən ibarət icraçı şura Beynəlxalq Valyuta Fondunun gündəlik fəaliyyətini həyata keçirir. Təşkilatın rəhbərinin həbsindən sonra bu vəzifəni müvəqqəti olaraq onun birinci müavini Con Lipski icra edir. Qulluqçunu zorlamaq iddiası ilə həbsə alınan Dominik Stross Kan dünən səhər tezdən məhkəmə qarşısına çıxacaqdı. Lakin müttəhimin vəkilinin bildirdiyinə görə, ilk məhkəmə dinləmələri bu gün olacaq. Bu, onunla əlaqədardır ki, müttəhim məhkəmə tibbi ekspertizanın təşkil olunmasına razılığını bildirib. Hal-hazırda ondan nümunə üçün DNT nümunələri götürülüb. Bu dəqiqələrdə daxil olan məlumatda bildirilir ki, müttəhimin paltarından aşkar edilmiş toxuma nümunələri zərərçəkmişin üzərindəkilərlə eynidir.


62 yaşlı Dominik Stross Kan 14 may günü Nyu-Yorkun Kennedi adına hava limanında yaxalanmışdı. O, Sofitel hotelində xidmətçi işləyən 32 yaşlı qadının şikayətindən sonra tutulmuşdu. Belə ki, qadının iddiasına görə, o, təmizlik işləri apararkən Dominik Stross Kanın otağının boş olduğunu zənn edərək ora daxil olub. Bu zaman "müştəri" hamamdan çıxaraq onu zorlamağa çalışıb. Qadın güc-bəla ilə onun əlindən çıxaraq hadisə barədə həmkarlarına məlumat verib. Eyni zamanda Dominik Stross Kan tələm-tələsik hoteli tərk edərək, Parisə yollanmaq üçün aeroporta gedib. Hətta o qədər tələsib ki, mobil telefonunu və bir neçə şəxsi əşyasını hoteldə unudub və aeroporta çatarkən hotelə telefon edərək bu barədə məlumat verib. The Wall Street Journalın yazdığına görə, məhz bu zəng polislərə onun yerini müəyyən etməyə imkan verib.


Xatırladaq ki, Dominik Stross Kan BVF-nun icraçı direktoru vəzifəsini 2007-ci ildən icra edir. Buna qədər o, Fransada prezident seçkilərində iştirak etmək istəyib. Lakin sosialist partiyasının daxili seçkilərində rəqibinə uduzduğu üçün marafonu tərk etməli olub. Dominik Stross Kanın 2012-ci il prezident seçkilərində yenidən iştirak edəcəyi gözlənilir.


Fransızlar qəribə millətdir. Prezidentləri, birinci xanımları, indi də Beynəlxalq Valyuta Fondunun rəhbəri... Bəlkə elə buna görədir ki, yataqda qeyri-adiliyi ilə seçilən məşhur pozanı fransızsayağı adlandırırlar.

Natiq Qocaman

O.M.