İran üzərindən beynəlxalq sanksiyalar götürülə bilər

İran üzərindən beynəlxalq sanksiyalar götürülə bilər

30 Sentyabr 2013 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
İran prezidenti ölkəsini Qərbin düşmənindən dostuna çevirməyi planlaşdırır

İran ətrafında bütün beynəlxalq sanksiyalar yaxın aylarda ləğv edilə bilər. РИА Новости-nin məlumatına görə, bunu CBS kanalının "60 dəqiqə" verilişinə müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib. O, İranın beynəlxalq təşkilatlarla qeyri-şərtsiz əlaqəyə girərək bütün nüvə obyektlərinin təftişinə razılıq verəcəyi təqdirdə bu ölkə ilə əlaqələrin köklü surətdə dəyişəcəyini vurğulayıb. Dövlət katibi İranın yeni iqtidarının danışıqlara getməyə hazır olduğuna və razılığın tezliklə əldə olunacağına əminliyini qeyd edib. "Əgər bu, sülh proqramıdırsa və biz buna əmin ola biləcəyiksə, qısa zaman ərzində İranla münasibətlərimiz yaxşıya doğru dəyişəcək", - deyə ABŞ rəsmisi prezident Həsən Ruhaninin sonuncu bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, İran prezidenti cümə günü Nyu-Yorkda olarkən mövcud problemin 3-6 ay ərzində həll edilə biləcəyini bəyan edib.