Sabah Azərbaycan sülhməramlılarının növbəti bölməsi Əfqanıstana yola düşəcək

Sabah Azərbaycan sülhməramlılarının növbəti bölməsi Əfqanıstana yola düşəcək

30 Sentyabr 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 1-də Azərbaycan sülhməramlı kontingentinin növbəti bölməsi Əfqanıstana yola düşəcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin (İSAF) tərkibində 2014-cü ili aprel ayınadək xidmət edəcək.Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.