Mikayıl Cabbarova sözü olanlar, mütləq oxuyun!

Mikayıl Cabbarova sözü olanlar, mütləq oxuyun!

30 Sentyabr 2013 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil nazirinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Nazirlikdən Apa-ya verilən xəbərə görə, təhsil nazirinin qəbulu 8 oktyabr tarixinə keçirilib. Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr tarixlərində saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin qəbul otağında və ya "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər. Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.

O.M.