"Mercedes"in sürücüsü maşında sıxılıb qaldı
Bakının Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nəqliyyat vasitəsinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri təhvil verib.
O.M.
Digər xəbərlər