Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir

Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir

27 Sentyabr 2013 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir".Bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev nazirliyin saytındakı onllayn konfrans vasitəsilə ünvanlanan suala cavabında deyib.
Nazir müavini bildirib ki, son illər Azərbaycan Respublikasında orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. "2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb".

O.M.