22 yaşlı oğlan "KAMAZ"ın altında qaldı
Sentyabrın 26-da axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz şəhər sakini 1992-ci il təvəllüdlü Hacıyev Səhman Həbibulla oğlu "KAMAZ" markalı yük maşını tərəfindən vurulub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gəncə qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
O.M.
Digər xəbərlər