Təhsil Nazirliyi məktəblilərin dərsdən yayınması hallarına münasibət bildirib
Təhsil Nazirliyi hər il dərs ili ərzində bir çox məktəblilərin məktəbdə yox, dərs vaxtı günlərini internet klublarında keçirməsi və mövcud problemin aradan qaldırmaq üçün görüləcək tədbirləri açıqlayıb. Nazirlikdən verilən məlumatda bildirilib ki, hər bir şagirdin formalaşmasında məktəblə yanaşı, ailənin də mühüm rolu var: "Valideynlər öz övladlarının təhsil almasında, onların bir şəxsiyyət kimi formalaşmasında üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Məktəb direktorları və sinif rəhbərləri bu işə məsuliyyətlə yanaşmalı, müəllimlərlə valideynlər birgə təşəbbüslər həyata keçirməli və valideyn komitələri bununla bağlı məsələlərə cəlb olunmalıdır".
Qeyd edilib ki, bu məsələ Təhsil Nazirliyinin hər zaman diqqətindədir və nazirlik bu problemin həlli edilməsi üçün ayrı-ayrı reydlərin keçirilməsini deyil, daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun hesab edir.
O.M.